waplog

2011-ci ilin 7 ayı ərzində 741 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


2011-ci ilin 7 ayı ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 437 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 741 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 293 ədədi möhürlənib, istismardan çıxarılıb, 227 ədədi qeydiyyata salınıb, 221 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 65 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL