waplog

ADİU-da “Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzi” yaradılacaq


Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) "Keçid və inkişaf etmiş ölkələr departamenti"nin direktoru Miçal Svantner və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi – "AzPatent"in direktoru Mir Yaqub Seyidov Azərbaycan Dövlət İqtisad Universitetində olub.

"ICTnews" elektron xəbər xidmətinin ADİU-ya istinadən verdiyi məlumata görə, qonaqlarla görüş zamanı universitetin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor əvəzi dos. Şahin Bayramov ADİU-nun beynəlxalq təşkilatlarla mövcud əlaqələri haqqında ətraflı məlumat verib, universitetdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) İstinad Mərkəzinin və Dünya Bankının İctimai İnformasiya Mərkəzinin fəaliyyət göstərməsini diqqətə çatdırıb. Ş.Bayramov ADİU-nun Qafqaz regionunda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Virtual İnstitutunun üzvü olan yeganə universitet olmasını xüsusi vurğulayıb və "ÜƏMT-nin Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzi"nin (TISC) yaradılmasına dair təşkilatdan razılıq məktubunun daxil olmasını yüksək uğur kimi qiymətləndirib.

O, ÜƏMT-nin "TISC" Mərkəzinin yaradılması üçün universitetdə lazımi infrastrukturun və kadr potensialının mövcud olmasını bildirib, həmin mərkəzin bütövlükdə respublikamızda əqli mülkiyyət, patent, ticarət markası və s. bu kimi məsələlər üzrə maarifləndirmə işinin gücləndirilməsi, eləcə də bu istiqamətlər üzrə tədris və tədqiqatların təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəyini qeyd edib.

Cənab M.Svantner ADİU-da yaradılacaq "TISC" Mərkəzinin üstünlükləri və təqdim edəcəyi xidmətlər haqqında ətraflı məlumat verib, ÜƏMT, ADİU və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üçtərəfli əməkdaşlığının real nəticələr verəcəyinə əminliyini bildirib.

Görüş zamanı həmçinin ADİU-da ÜƏMT-nin Depozitariya Kitabxanasının yaradılması, universitetin tələbələrinin və müəllimlərinin ÜƏMT Katibliyində təcrübə keçməsi imkanları və digər məsələlər müzakirə olunub.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL