waplog

“Seagate” şirkəti planşetlər üçün 500 QB-lıq sərt disk təqdim edib


"Seagate" şirkəti "Computex-2013" sərgisində cəmisi 5 millimetr qalınlığında çox nazik sərt disk təqdim edib və yeni noutbuk və planşetlər üçün nəzərdə tutulub.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, sərt diskin təqdim edilmiş versiyalarının həcmi 320-500 QB təşkil edir və ən yığcam cihazlara inteqrasiya üçün çox nazik korpusda hazırlanıb. Şirkətdən verilən məlumata əsasən, yığcam 2,5 düymlü yığıcıların qalınlığı adətən 7 və ya 9,5 millimetr olur. Həmçinin bildirilib ki, "SSD" yığıcılarla müqayisədə yeni sərt disklər xeyli ucuzdur.

"Seagate"-in nümayəndələri bildiriblər ki, "SSD" ilə müqayisədə işləmə sürəti bir o qədər də yüksək olmasa da, yeni cihazlar möhkəm korpusa salınıblar və titrəməyə qarşı dayanıqlıdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL