waplog

Ev üçün nəzərdə tutulmuş səs sistemlərinin satışı üzrə “show-room” sentyabrda işə başlayacaq


Azərbaycanda “Harmann” şirkətinin ev üçün nəzərdə tutulmuş səs sistemlərinin satışı üzrə “show-room”unun açılışı sentyabrda olacaq. “Professional Audio Visual Systems” (ProAV) şirkətinin baş direktoru Elşən Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkət bu ildən etibarən fəaliyyətə başlayıb və əsasən təhlükəsizlik və səs sistemlərinin tətbiqi ilə məşğul olur və “Biz «Harmann» şirkətinin Azərbaycanda rəsmi distribüteriyik.

Yaxın vaxt ərzində biz “Harmann”ın peşəkar avadanlıqlarının yerli bazara axınını təşkil edəcəyik. Ev üçün nəzərdə tutulmuş səs avadanlıqlarının satışına isə biz bu ilin sentyabr aylarında “show-room” yaratmaq niyyətindəyik ”, - deyə o bildirdi.

E. Əliyevin sözlərinə əsasən, “Harmann” şirkətinin peşəkar avadanlığı da, ev üçün nəzərdə tutulmuş səs sistemləri də eyni seqmentdə fəaliyyət göstərən digər dünya şirkətləri ilə rəqabət edə biləcək səviyyədədir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL