waplog

Yerli bank paytaxtda da səyyar bankomat xidməti göstərəcək


“AtaBank” ASC, vətəndaşlar üçün səyyar bankomat xidməti olan “AtaMatik”i Bakı şəhər ərazisində istifadəyə verərək, sosial işçilər, müəllimlər və dövlət qulluğundakı digər işçilər, eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə rahatlıq təqdim edir.
“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, “AtaBank” ASC, daha əvvəl Şəmkir və Gədəbəy rayonları ərazisində pilot layihə olaraq sınaqdan keçirdiyi səyyar bankomat xidməti “AtaMatik”i artıq müntəzəm cədvəllə işə salaraq Bakı şəhərində əhaliyə daha yaxın olmağı planlaşdırır. “AtaMatik”in imkanları bankomat xidməti ilə məhdudlaşmır.

Vətəndaşlar, “AtaMatik” avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıqlar və təyin olunan əməkdaşlar vasitəsilə bir sıra bank işlərini rahatlıqla həyata keçirə bilərlər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL