waplog

Azərbaycanda ticarət və post ticarət sistemi tam avtomatlaşdırılıb


“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsində bazarda yeni imkanlar yaranıb və bazar infrastrukturunda mütərəqqi yeniliklərə nail olunub. Ticarət və post ticarət sistemi tam avtomatlaşdırılıb.

Kapital bazarları haqqında bütün maraqlı tərəflərin peşəkar səviyyəsinin artırılması istiqamətində müəyyən işlər həyata keçirilir. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri Nil Makkeyn ilə görüşündə bildirib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan qeyd edilib ki, görüşdə sədr Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyduğunu və bunun nəticəsi olaraq, kapital bazarlarının iqtisadiyyata inteqrasiya olunmağı üçün dəqiq hədəflərin müəyyən olunduğunu deyib.

AYİB-nin Bakı ofisinin rəhbəri Nil Makkeyn isə qarşıya qoyulmuş hədəflərin dəqiq müəyyən edildiyini və AYİB tərəfindən dəstəkləndiyini qeyd edib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL