waplog

Bir il ərzində idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını həyata keçirən 10 orqan akkreditasiya olunub


Bir il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən beynəlxalq standartların tələbləri əsasında 13 məhsul və xidmətlərin, 10 idarəetmə sistemlərinin, 3 personalın sertifikatlaşdırılmasını həyata keçirən orqan, 10 inspeksiya orqanı, o cümlədən 163 sınaq və 18 kalibrləmə laboratoriyaları akkreditasiya olunub.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Komitədən qeyd edilib ki, SMPDK akkreditasiya sahəsində əməkdaşlıq üzrə İordaniya, Türkiyə, Türkmənistan, Tacikistan və s. ölkələrlə ikitərəfli sazişlər imzalayıb və bu istiqamətdə işlər davam etdirilməkdədir:

“Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində aparılmış işlərin nəticəsi olaraq ötən il Dövlət Akkreditasiya Xidməti Beynəlxalq Laboratoriya Akkreditasiyası Əməkdaşlığı Təşkilatına (İLAC) müşahidəçi üzv qismində qəbul olunub. Hazırda Avropa məkanında milli akkreditasiya orqanlarının regional akkreditasiya qurumu olan Avropa Akkreditasiya Təşkilatına (EA) assosiativ üzv olmaq məqsədilə işlər aparılmaqdadır”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL