waplog

Nazir: «Azərbaycanla Əfqanıstan arasında “elektron hökumət”, nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlıq üçün böyük imkanlar var»


«Azərbaycan Əfqanıstanda dövlət quruculuğu prosesinə fəal dəstək verir. İki ölkə arasındakı əməkdaşlığın inkişaf tempindən çox məmnunuq».

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirib.

E.Məmmədyarov Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi qabaqcıl təcrübəni dost və qardaş Əfqanıstanla bölüşməyə hazır olduğunu bildirərək bu səfərin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün konkret sahələrin müəyyən olunmasına və addımların atılmasına zəmin yaradacağını diqqətə çatdırıb.

Nazir, həmçinin ali təhsil, infrastruktur, dövlət quruculuğu prosesi, "elektron hökumət", nəqliyyat-kommunikasiya sahələrində ölkələrimizin əməkdaşlığı üçün imkanların olduğunu qeyd edib. Əfqanıstanın kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sangin ölkəmizə səfərdən məmnun olduqlarını bildirərək, Azərbaycanın Əfqanıstanda dövlət quruculuğu prosesinə verdiyi dəstəyi, o cümlədən əfqan tələbələrin Azərbaycan universitetlərində təhsili üçün təqaüdün ayrılmasını, Əfqanıstan diplomatlarının Azərbaycan Diplomatik Akademiyasında təlimini, infrastruktur layihələrinə ölkəmizin verdiyi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib.

Nazir, həmçinin Əfqanıstanın təhsil, "elektron hökumət", informasiya-kommunikasiyaları texnologiyaları, kosmik sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Görüş zamanı, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL