waplog

“Computex 2013” sərgisində ən yaxşı qurğu hansı olub?


Dünyanın ən böyük kompüter sərgilərindən biri “Computex 2013”-də “HTC One” smartfonu ən yaxşı qurğu adına layiq görülüb. Bu ad uğrunda 254 cihaz yarışıb.

Sərginin təşkilatçıları “HTC” şirkətinin dizayn və innovasiya sahəsində nailiyyətlərini qeyd ediblər. Korporasiya rəhbərliyinin nümayəndəsinə mükafatı Tayvanın prezidenti Ma İnszyu təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, şirkət əmin edib ki, onlar yalnız yüksək keyfiyyətli qurğuların istehsalına davam edəcəklər.

Ötən həftə Tayvan korporasiyası “HTC One” smartfonuna görə daha bir mükafata layiq görülüb. Britaniyada keçirilmiş tədbirlərdən birində sözügedən cihaz ən yaxşı smartfon elan edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL