waplog

İş yerində mürgüləməyin acı nəticəsi


Alman bankının əməkdaşı işdə mürgüləyən zaman əli klavişdə qalıb və sayılı saniyələr ərzində özü də bilmədən təqaüdçünün hesabına milyonluq köçürmə həyata keçirib.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, hadisə ötən ilin aprelində baş verib, lakin bu barədə məhkəmə işi yalnız indi məlum olub. Adı açıqlanmayan bank işçisi təqaüdçünün hesabına 64,2 avro həcmində məbləğ köçürməli idi, lakin qəflətən mürgüləyib və əli klaviaturada "2" düyməsində qalıb.

Nəticədə müştərinin hesabına 222222222,22 avro köçürülüb. Düzdür, təqaüdçünün sevinc dəqiqələri az olub. Yuxulu əməkdaşın 48 yaşlı rəisi səhvi görüb və tez onu düzəldib. Bankın rəhbərliyi qadın menecerə bu səhvi bağışlamayıb və onu işdən çıxarıb, lakin qəribə də olsa təqsirkar operator işləməyə davam edib.

Şirkətdə 1986-cı ildən işləyən rəis Hessen vilayətinin əmək mübahisələri üzrə məhkəməsinə müraciət edib. O bildirib ki, yanlış əməliyyata səbəb ehtiyatsızlıq olub. Məhkəmə müəyyən edib ki, hadisə günü o, 812-dən çox əməliyyat yoxlayıb. Nəticədə məhkəmənin göstərişinə əsasən, qadın işində saxlanılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL