waplog

Valentina Tereşkova: «Qadınlarsız kosmosun öyrənilməsi mümkün deyil»


Kosmosa ilk qadının uçmasının 50 illiyi ilə bağlı geniş tərkibli tədbir keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə BMT-nin rəsmi internet səhifəsi informasiya yayıb. Vyanada baş tutan mərasimdə ilk kosmonavt qadın Valentina Tereşkova da iştirak edib.

O, 50 il əvvəl "Şərq - 6" gəmisində kosmosa qalxıb, Yer kürəsini dövr edib və ümumilikdə kosmosda 70 saat keçirib. Valentina öz addımı ilə bir sıra ölkələrdə qadınlara yol açıb. Bu tədbirdə Argentina, İtaliya, Kanada, Çin, Nigeriya, Rusiya, ABŞ, Yaponiya və Avropa kosmik agentliyindən olan qadın kosmonavtlar və eləcə də könüllü – turist kimi kosmosa uçan insanlar da iştirak edib. Valentina Tereşkova bildirib ki, qadınlarsız kosmosun öyrənilməsi mümkün deyil:

«Hesab edirəm ki, mütləq şəkildə qadınlar daha çox kosmik uçuşlarda iştirak edəcəklər. Məncə, kosmonavtika qadınların aktiv iştirakı olmadan inkişaf edə bilmir. Qarşıda Ay, asteroidlər, Mars var. Mən düşünürəm ki, Mars ora uçan gəmilərdə qadın olmasa, kişiləri bağışlamayacaq».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL