waplog

Stiv Cobsun ən son şəkili yayıldı (FOTO)


"Apple" şirkətinin banisi Stiv Cobs 2 il əvvəl dünyasını dəyişib. Onun ölümü ən az dünya ulduzlarının ölümü qədər kədərli idi və "Apple" imperiyasının çoxsaylı pərəstişkarlarını dərindən sarsıtmışdı. Çoxlarına məlumdur ki, mərhum uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Ekspertiza nəticəsində onun mədəaltı vəz xərçənginin törətdiyi nəfəs kəsilməsindən vəfat etdiyi məlum olmuşdu. Kütləvi informasiya vasitələrində isə ,Cobsun ölüm səbəbi xərçəng xəstəliyi kimi göstərilirdi.


Amerikanın ən nüfuzlu sahibkarı Alto Palodakı evində  2011-ci il oktyabr ayının 5-də 56 yaşında dünyasını dəyişib. "Apple" banisinin dəfni oktyabr ayının 7-də olub, dəfndə yalnız ən yaxın insanlar və Cobsun dostları iştirak edib.

Ölümündən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, sosial şəbəkələrdə Cobsun ölümündən əvvəl çəkilmiş ən son şəkili paylaşılıb. Həmin şəkildə milyonların sevimlisi olduqca bitkin və arıq görünür. 







NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL