waplog

Dünyanın məşhur İT şirkətləri Bakıya gəlir


Müasir dövrün təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, informasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı yeni əlaqələrin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet məsələlər kimi ortaya çıxır.

Ona görə də hazırda bir çox ölkələr təhsildə İKT-nin rolunu artırmaq və sözügedən sahənin inkişaf etdirilməsi üçün bir çox layihələr həyata keçirir. "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, Azərbaycanda bu məsələlərlə bağlı növbəti tədbir reallaşacaq.

Belə ki, bu ilin iyulun 6-sı və 7-si tarixində Azərbaycan və Gürcüstandan olan təşkilatçıların birgə əməkdaşlığı nəticəsində veb-texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Gürcüstan Universitetinin “UG-Group”u və Azərbaycanın təhsil portalı olan “İlk Addımlar”ın təşkilatçılığı ilə ərsəyə gələcək veb-konfransda «Facebook», «Yandex», «Oracle», «Microsoft», «Softline», «ITDC» kimi dünyaca məşhur şirkətlərin rəsmi nümayəndələri iştirak edəcək.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL