waplog

Yadplanetlilərə SMS göndərmək istəyirsən?!


Yeni istifadəyə verilmiş "Lone Signal" saytı vasitəsilə digər planetlərin sakinlərinə mesaj göndərmək olar. Bir mesajın uzunluğu 144 simvolla məhdudlaşdırılıb.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Lone Signal" saytı "METI" layihəsi çərçivəsində istifadəyə verilib. Mesajların ötürülməsi üçün Kaliforniyada Ceymsburq kosmik yerüstü stansiyası işə salınıb. Siqnallar Yer kürəsindən təxminən 17.6 işıq ili məsafəsində yerləşən "Gliese 256" ulduzuna tərəf fasiləsiz göndəriləcək.

Əgər yadplanetlilərdən kimsə mesajı alsa belə, cavabı 35 il gözləmək lazım gələcək. Qırmızı cırtdanlar tipinə aid "Gliese 256" ulduzu təsadüfi seçilməyib: hesab edilir ki, onun yaxınlığında insanlar yaşayan planetlər ola bilərlər. Mesajı kosmosa yalnız saytda qeydiyyatdan keçdikdən sonra göndərmək mümkündür.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL