waplog

Nyu-Yorkun küçələrində telefonları enerji ilə doldurmaq üçün stansiyalar quraşdırılıb


"AT&T" telekommunikasiya şirkəti "Goal Zero" günəş batareyaları istehsalçısı və "Pensa" dizayn-studiyası ilə birgə Bruklində "Street Charge" adlanan yeni pilot layihə təqdim edib.

Sözügedən layihə çərçivəsində Nyu-York sakinlərinə öz mobil telefonlarını enerji ilə doldurmağa imkan verən bir neçə enerjidoldurma stansiyası quraşdırılıb.

"ICTnews.az" elektron xəbər xidməti "http://zhelezyaka.com" saytına istinadən bildirir ki, hər bir "Street Charge" stansiyası üç ədəd 15 vattlıq monokristal günəş panelləri və daxili akkumulyatorlarla təchiz edilib.

"Street Charge" stansiyasında "iPhone 4" və "5" smartfonları üçün konnektorlara, bir ədəd "mini USB" və üç ədəd "USB" portlarına malikdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL