waplog

“Samsung” şirkəti iki yeni planşet modeli təqdim edib


Cənubi Koreyanın "Samsung" şirkəti dünən Britaniya paytaxtında yerləşən "Erls-kort" sərgi mərkəzində “Galaxy” və “ATIV” brendlərinə məxsus bir sıra yeniliklərini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Firmanın nümayəndələri təqdimata “Galaxy S4” smartfonunun üç yeni versiyasının (“Galaxy S4 Active”, “Galaxy S4 Mini” və “Galaxy S4 Zoom”) nümayişi ilə başlayıblar.

Lakin dünənki gecənin əsas yenilikləri şirkətin təqdim etdiyi digər 6 məhsul (“ATIV Q” və “ATIV Tab 3” planşetləri, “ATIV Book 9 Plus” və “ATIV Book 9 Lite” noutbukları, “ATIV One 5 Style” monobloku və “Galaxy NX” rəqəmli fotokamerası) olub. “Galaxy NX” rəqəmli fotokamerasına “Android 4.2.2” mobil əməliyyat sistemi quraşdırılıb. 20.3 meqapiksellik kamera 4.8 düymlük ekran, ksenon parıltı və 2 QB daxili yaddaşla təchiz edilib. Yaddaş 64 qiqabaytadək artırıla bilər.

“Galaxy NX” rəqəmli fotokamerası 1.6 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib. Bundan başqa, sözügedən fotoaparata "Samsunq" obyektivlərindən hər hansı birini qoşmaq olar. “ATIV Q” planşet kompüterində korpusun daxilində gizlədilmiş klaviatura aparatı noutbuka çevirməyə imkan verir. Planşet 3200x1800 təsvir ölçüsünə malik 13,3 düymlük ekranla təchiz edilib. Bu qurğu eyni zamanda "Windows 8” və "Android" əməliyyat sistemləri ilə işləyir.

Planşetin mərkəzində yerləşən düyməyə sıxmaqla həmin əməliyyat sistemləri arasında ani keçid etmək mümkündür. Onun qalınlığı 1,33 millimetr, çəkisi 1.29 kiloqram (kq) təşkil edir və akkumulyator batareyası 9 saatlıq iş rejimi üçün kifayət edir. “ATIV Tab 3” planşet kompüterinin çəkisi 550 qramdır və qalınlığı 8,22 millimetr təşkil edir. Ona "Windows 8" əməliyyat sistemi quraşdırılıb və istehsalçılar əmin edirlər ki, bu planşetdə ev kompüteri üçün nəzərdə tutulmuş proqramları icra etmək olar. “ATIV Book 9 Plus” noutbuku “qHD+” texnologiyasına malik 13,3 düymlük monitor, 8 Qb əməli yaddaş və sərt disklə təchiz edilib.

Sərt diskin maksimal həcmi 256 QB təşkil edə bilər. Onun akkumulyator batareyası 12 saatlıq iş rejiminə imkan verir. Xüsusi “Side sync” funksiyasının köməkliyi noutbuk vasitəsilə smartfonu idarə etmək olar. Qurğunun çəkisi 1,39 kq təşkil edir. “ATIV Book 9 Lite” noutbukunun texniki xüsusiyyətləri bir qədər zəifdir və ağ, qara və qırmızı rənglərdə əlçatandır. “ATIV One 5 Style” monoblokuna gəlincə, istehsalçılar onu multimedia kompüteri kimi qələmə verirlər.

Çəkisi 5,9 kq təşkil edir və toxunuşla işləyən monitorun ölçüsü 21,5 düym, təsvir ölçüsü 1920x1080 təşkil edir. Ona, həmçinin veb-kamera, 4 Qb əməli yaddaş və 1 TB tutumunda sərt disk quraşdırılıb. Yuxarıda qeyd olunan cihazların qiyməti bir qədər sonra elan ediləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL