waplog

“The Pirate Bay”-in həmtəsisçisi iki il müddətinə azadlıqdan məhrum edilib


"The Pirate Bay"-in həmtəsisçisi bir gün əvvəl İsveçdə haker fəaliyyətinə görə azadlıqdan məhrum edilib. Ötən gün Stokholm məhkəməsi onu bir sıra ticarət və dövlət strukturlarından məxfi məlumatları ələ keçirmiş haker kampaniyasında iştirakda günahkar elan edib.

Məhkəmənin çıxartdığı qərara əsasən, 28 yaşlı Qottfrid Svartholm Varq iki il müddətinə azadlıqdan məhrum edilib.

"ICTnews.az" elektron xəbər xidməti "cyberseurity.ru" saytına istinadən bildirir ki, məhkəmə qərarından apelyasiya məhkəməsinə şikayət verilib-verilməyəcəyi məlum deyil.

Qottfrid Svartholm günahını inkar edərək deyib ki, onun kompüterinə üçüncü şəxslər tərəfindən məsafədən müdaxilə olub. Lakin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər əksini söyləyiblər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL