waplog

Bakı Metropoliteninin texnoloji korpusunda son işlərə başlanılıb


Bakı Metropoliteninin (BM) texnoloji korpusunda tikinti-quraşdırma işləri həlledici mərhələsinə qədəm qoyub. “ICTnews” elektron xəbər xidmətinə BM-dən bildirilib ki, binanın elektrik yarımstansiyasında
işlər tam yekunlaşıb, avadanlıqlarla təchiz olunub:

“Binanın 5-9-cu mərtəbələrində son işlər görülür. Burada elektrik lövhələrinə gərginlik verilib, sınaqlar aparılır. Bu qatda həmçinin kondisionerləşdirmə və havalandırma təminatı ilə bağlı son tədbirlər görülür. 3 hissədən ibarət olacaq binada 4 lift fəaliyyət göstərəcək. Artıq mütəxəssislər onların da quraşdırılmasında son işləri görür. Binanın damında yerləşdirilmiş avadanlıqların qorunması üçün ildırımötürücülərin quraşdırılması məsələsi də müzakirə edilib. Hazır dirəklərin yoxlanılması və layihə üzrə ehtiyac olan digər ildırımötürücü dirəklərin də quraşdırılması ilə bağlı göstəriş verilib. ATS, kross otaqlarında rabitə və işarəverənlər üçün ən məsuliyyətli dövr hələ indi başlayır”.

Rabitə və işarəvermə sahəsinə gəlincə, BM-dən qeyd edilib ki, burada hər bir məsələyə xüsusi diqqət edilməlidir:
“Məsələn, videomüşahidə və server otaqlarında hər otaq iki qapı ilə təchiz olunub. Bəzi otaqların bu qayda ilə ayrılması çox vacibdir. Çünki hər birində fərqli istilik, havalandırma və lazım gələrsə, kondisionerləşdirmə tətbiq olunmalıdır. Texnoloji korpus metropolitendə idarəetmənin həyata keçirilməsində yeni mərhələnin təməlini qoyacaq. Korpusda mərkəzləşmiş dispetçer məntəqələri yerləşdiriləcək, videomüşahidə, üzdəntanıma və sərnişinsayma sistemləri üçün qurulacaq əməliyyat otaqları mərkəzləşdiriləcək”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL