waplog

Hansı ölkədə daha çox smartfon istifadəçisi var?


“Strategy Analytics” analitik şirkətinin məlumatına əsasən, ən çox smartfon istifadəçisi Koreya Respublikasındadır.

Sözügedən şirkətin məlumatlarına əsasən, Cənubi Koreyada mobil rabitə xidməti istifadəçilərinin 67%-i smartfon istifadə edir. Qeyd edək ki,  planet üçün orta statistik göstəricisi 14,8% səviyyəsindədir. Cənubi Koreya üçün sözügedən göstərici 2009, 2010 və 2011-ci illərdə müvafiq olaraq 2, 14 və 38,3% olub.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Strategy Analytics” şirkətinin proqnozuna əsasən, bu ilin sonunadək Cənubi Koreya bazarının smartfonlarla “doyma” səviyyəsi 79,5%-ə çatacaq, halbuki Sinqapur və Honkonq üçün bu göstərici müvafiq olaraq 66,5 və 63,6% təşkil edəcək. Ekspertlər hesab edir ki, 2017-ci ilədək Koreya Respublikasında mobil rabitə xidmətlərindən istifadə edənlərin 88.9%-i smartfona malik olacaq.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL