waplog

"Apple" Nyu- Yorku xarabalığa çevirdi (FOTOLAR)


 "iPhone" smartfonun ekranlarından çəkilmiş skrinşotlarda Nyu-York küçələrindən biri əks olunub. "Apple Maps" xəritələr xidmətinin göstərdiyi mənzərədə Nyu-York viranə, xarabazar şəhər kimi görünür.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, xəritədəki Nyu-York küçəsində zibil topaları, bunkerə bənzəyən təpəciklər, sarı ləkələr təki "taksi"lər, viranə binalar var.

Amerikalı bloqerlər Apple korporasiyasının hələ belə rüsvay olmadığını yazırlar. "Salvador Dalinin Nyu-Yorku", "Stiv Cobsun goru çatladı və o, məzarından çıxdı" - bunlar amerikalı bloqerlərin "ən yumşaq" tənqidləridir. Apple Maps xəritələr servisi "Apple"-in Avstraliyanın Sidney şəhərindəki firma dükanını yanlış göstərib, uşaq bağçasını hava limanı, şəhəri - xəstəxana kimi qələmə verir.



Ötən ilin dekabr ayında Avstraliyanın hakimiyyət dairələri "Apple Maps"-dan istifadə etməyi məsləhət bilməyib. Çünki bir dəstə turist bu xəritələrdən istifadə etdiyi üçün səhrada azaraq ölüm təhlükəsi ilə qarşılaşmışdı. "Apple Maps" son 10 ilin ən biabırçı texnoloji yeniliklərindən biri sayılıb.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL