waplog

“HTC One” smartfonu qızıla bürünüb


"Goldgenie" saytı zəngin istifadəçilər üçün "HTC One" smartfonunun elit versiyasını satışa çıxarıb. "Android" platforması ilə işləyən smartfonun arxa qapağı və yan tərəfləri ən yüksək əyarlı təmiz qızılla bəzədilib. Smartfon albalı ağacından hazırlanmış eksklüziv qutuda tədarük edilir."Goldgenie" saytı zəngin istifadəçilər üçün "HTC One" smartfonunun elit versiyasını satışa çıxarıb. "Android" platforması ilə işləyən smartfonun arxa qapağı və yan tərəfləri ən yüksək əyarlı təmiz qızılla bəzədilib. Smartfon albalı ağacından hazırlanmış eksklüziv qutuda tədarük edilir.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, qızıl "HTC One" smartfonunun qiyməti 987 funt-sterlinqdir. Çəhrayı qızıl və platin korpusla təchiz edilmiş qurğu üçün müvafiq olaraq 1047 və 1107 funt xərcləmək lazımdır.

Xatırladaq ki, "Goldgenie" saytı, həmçinin bahalı metallarla bəzədilmiş digər qurğuları ("Galaxy S4" və "iPhone 5", "BlackBerry" smartfonları, "Xbox 360", "Nintendo DS" və "Wii" oyun konsolları, "iPod", qol saatları, "iPad" planşeti) təklif edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL