waplog

Bakıda keçiriləcək beynəlxalq veb-konfransa maraq artır


Veb-texnologiyalar mövzusunda beynəlxalq konfransın Bakıda təşkili ilə bağlı Xəzər Universitetində görüş keçirilib. Təşkilat komandası ilə keçirilən görüşdə konfrans barədə məlumat verilib. Bildirilib ki, konfrans Gürcüstan Universitetinin "UG-Group"u və Azərbaycanın təhsil portalı olan "İlk Addımlar"ın təşkilatçılığı ilə keçirilir.

Görüş iştirakçılarına Azərbaycan tərəfdən görüləcək işlər barədə müvafiq təlimatlar verilib, iş bölgüsü aparılıb. Qeyd olunub ki, belə bir konfransı reallaşdırmaq, beynəlxalq və yerli ekspertlərin öz təcrübələrini gənc proqramçılara ötürməsinə yardımçı olmaq, faydalı informasiya mübadiləsini genişləndirməkdir.

Təşkilat Komitəsindən verilən məlumata əsasən, konfrans elan olunduğu gündən etibarən diqqəti cəlb edib, konfrans biletlərinin yarıdan çoxu satılıb. Azərbaycan tərəfdən yerli şirkətlərin və rəsmi qurumların biganə yanaşdığı konfransda "Facebook", "Yandex", "Oracle", "Microsoft", "Softline", "ITDC" kimi dünyaca məşhur şirkətlərin rəsmi nümayəndələri iştirak edəcək. Konfransın əsas məqsədi yeni əlaqələrin qurulması, yerli mütəxəssislərin iş keyfiyyətinin yüksəldilməsi, dünya üzrə veb-inkişaf sahəsində Qafqaz regionunun aktiv iştirakçılarını nəzərə çarpdırmaq, Azərbaycanın İKT sahəsində dünyaya daha çox inteqrasiyasını təmin etməkdir.

Qeyd edək ki, beynəlxalq konfrans 6-7 iyul tarixində keçiriləcək.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL