waplog

9 ildə ilk dəfə olaraq Avropaya smartfon tədarükünün həcmi azalıb


“IDC” analitik şirkətinin son tədqiqatına əsasən, smartfonlar mobil bazarı çox sürətlə ələ keçirsələr də, lakin sonsuz artım tempi qeyri-mümkündür.

Məsələn, 2013-cü ilin birinci rübündə smartfonların Avropaya tədarük həcmi 4,2% azalıb ki, bu da 9 ildə müşahidə olunmuş ilk belə haldır. “ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, 2013-cü ilin birinci rübündə Avropanın smartfon bazarına ümumilikdə 43,6 milyon smartfon tədarük edilib.

Əgər smartfonların illik tədarük həcmini müqayisə etsək, o zaman 12%-lik artım müşahidə olunur, lakin 9 il ərzində bu, ən aşağı göstəricidir. “IDC”-nin Avropa bölməsinin direktoru əmindir ki, hazırda bazar smartfonla “doyub”.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL