waplog

Zaqatala rayonunun Danaçı Radio Televiziya Yayım Stansiyasının binası əsaslı təmir olunub


 Zaqatala rayonunun Danaçı Radio Televiziya Yayım Stansiyasının binası əsaslı təmir olunub. "Teleradio" İB-nin texniki direktoru Mikayıl Abbasovun verdiyi məlumata görə, hazırda Danaçı RTYS-dən 3 dövlət (AzTV, "İdman Azərbaycan", "Mədəniyyət TV"),  1 "İctimai" (İTV), 4  özəl ("Lider TV", "Space TV", ATV, "Xəzər TV"), 2 regional ("Kanal S", "Aygün TV")  və 1 xarici ("TRT1") olmaqla 10 TV  proqram,  6 FM  ("Respublika FM", "İctimai FM", "Lider FM","Space FM",  "Araz FM", "Bürc FM") radio proqramı yayımlanır ki,  bu da Zaqatala və ətraf rayonlar olan Şəki, Qax, Balakən və digər rayonların əhalisini keyfiyyətli TV və FM yayımı ilə təmin edir.

2012-ci ildə quraşdırılan Kanadanın "Axera" şirkətinin istehsalı olan 1200 Vt-lıq DVB-T verici vasitəsilə,  Zaqatala və qeyd olunan  ətraf ərazilərin  85% əhalisi  rəqəmli yayımla (AzTV", "İdman Azərbaycan", "Mədəniyyət TV", "İTV", ANS, "Lider TV", "Space TV", ATV, "Xəzər TV", "TRT1", "Kanal D" və "ORT")  təmin olunmuşdur. 2013-cü ilin sonunadək, DVB-T yayım əhatəsinin genişləndirilməsi məqsədilə Zaqatala və ətraf rayonlarda əlavə DVB-T vericilərin quraşdırılıb istismara verilməsi nəzərdə tutulub.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL