waplog

Azərbaycan-Macarıstan biznes forumu keçirilib


 İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib.

 İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, forumda Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Azərbaycanda İKT siyasıəti" mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanın ilk telekommunikasiya peykinin bu il orbitə çıxarıldığını, həmçinin İKT sahəsinin inkişafı istiqamətində görülən işlər və informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində qarşıda duran vəzifələr barədə məlumat verib.

Macarıstanın Telekommunikasiya məsələləri üzrə Dövlət katibi Vilmoş Valyi Naqi çıxışında hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Katib həmçinin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL