waplog

Bakıda İnformatika fənni üzrə 29 müəllimə ehtiyac var




2013- 2014-cü dərs ilində respublikanın rayon və şəhərlərinin ümumi təhsil və ilk peşə - ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat artıq bəyan olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun məlumatına görə, BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrində ümumilikdə 422 müəllimin işə qəbulu üzrə vakant yer ayrılıb. Paytaxtda İnformatika fənni üzrə 29 müəllimə ehtiyac var ki, onların da 20-si Azərbaycan bölməsi, 9-u rus bölməsinin payına düşür. Bundan başqa, bu yerlərdən 25-i Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi üzrə - 24, rus bölməsi üzrə - 1), 26-sı Tarix (Azərbaycan bölməsi üzrə - 23, rus bölməsi üzrə - 3), 24 -ü Riyaziyyat (Azərbaycan bölməsi üzrə - 18, rus bölməsi üzrə - 6), 20-si Coğrafiya (Azərbaycan bölməsi üzrə - 11, rus bölməsi üzrə - 9), 86-sı İbtidai sinif (Azərbaycan bölməsi üzrə 52, rus bölməsi üzrə - 34), 16-sı Fizika (Azərbaycan bölməsi üzrə - 8, rus bölməsi üzrə - 8), 11- i Kimya (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 4), 10- u Biologiya (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 3), 39-u İngilis dili (Azərbaycan bölməsi üzrə - 38, rus bölməsi üzrə - 1), 5 -i Rus dili (Azərbaycan bölməsi üzrə - 3, rus bölməsi üzrə - 2), 1-i Fransız dili (Azərbaycan bölməsi üzrə - 1), 25-i GÇQH rəhbəri (Azərbaycan bölməsi üzrə - 25), 71- i Fiziki tərbiyə (Azərbaycan bölməsi üzrə - 58, rus bölməsi üzrə - 13), 11-i Təsviri incəsənət, rəsmxət (Azərbaycan bölməsi üzrə - 8, rus bölməsi üzrə - 3), 9-u Əmək hazırlığı (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 2), 14 -ü Musiqi (Azərbaycan bölməsi üzrə - 12, rus bölməsi üzrə - 2) fənləri üzrədir.

Fənn müəllimlərinə daha çox Bakının Xəzər, Qaradağ, Sabunçu, Binəqədi və Xətai rayonlarında ehtiyac var.
Qeyd edək ki, elan olunan yerlər üzrə sənədlərin qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn şəkildə aparılır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL