waplog

Smartfonlar havanın keyfiyyətini təhlil edəcəklər


Fransanın "AirBoxLab" şirkəti hazırladığı qurğu otaq daxilində havanın keyfiyyətinə nəzarət edir və məlumatları mobil qurğuya ötürür. Silindr formasında olan yığcam aparata 6 sensor quraşdırılıb. Sensorlar havada karbon qazı, tozşəkilli hissəciklər və uçucu üzvi maddələrin (formaldehidlər, benzol, qlikol və aseton) mövcudluğunu müəyyən edir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, cihaz, həmçinin otaqda temperaturu və rütubətin səviyyəsini ölçür. Qurğunun ixtiraçıları ekoloji vəziyyətin keyfiyyəti haqqında düşünməyə səsləyirlər, çünki biz vaxtımızın 90%-ə qədərini otaq daxilində keçiririk və orada hava küçə ilə müqayisədə 5-8 dəfə daha çirklidir.

Aparatın topladığı məlumatlar smartfon (iPhone/Android) və ya planşetə ötürülür. Məlumatlar qrafik şəkildə təqdim edilir və evdə iqlimin yaxşılaşdırılması üzrə məsləhətlər verir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL