waplog

Amerikalının qulağına dinamik implantasiya ediblər


ABŞ-dan 34 yaşlı entuziast Riç Linin qulağına qulaqlıq implantasiya edilib. İmplantat traqus (xarici qulaq girəcəyinin qabağında olan üçbucaq şəklində çıxıntı) yerləşib.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, sözügedən əməliyyatı Stiv Hovort həyata keçirib. Onun sözlərinə görə, kiçik maqnitin insan toxumasına implantasiya edilməsi proseduru hər hansı ağırlaşma olmadan həyata keçirilib. Dinamik digər insanlar üçün, demək olar ki, görünməzdir.

Qulaqlıq siqnalı görünüşünə görə boyunbağı xatırladan kabeldən alır. "Muncuqlar"ın yaratdığı maqnit sahəsinin təsiri altında implant titrəməyə və səs yaratmağa başlayır.

Linin barmağında həyata keçirdiyi əməliyyat ona elektromaqnit sahələrini hiss etməyə imkan verir. O, gələcəkdə daha bir neçə əməliyyat həyata keçirməyi planlaşdırır. Məsələn, "kiborq" dinamikə mikrofon qoşmaq istəyir ki, uzaq məsafədəki danışıqları eşidə bilsin.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL