waplog

Tender təklifləri elektron formatda təqdim ediləcək



 
Yaxın zamanlarda Azərbaycanda tender təkliflərinin elektron formatda təqdim edilməsi və ən sonda tenderin nəticələrinin elektron qiymətləndirilməsi mümkün olacaq.

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İsgəndər Çəndirli bildirib ki,  hazırda dövlət satınalmalarının təkmilləşdirilməsinin başlıca istiqaməti kimi elektron dövlət satınalmaları sisteminin yaradılması istiqamətində fəaliyyətlər davam etdirilir: "Agentlik elektron dövlət satınalmalarının tətbiqini ardıcıl 4 mərhələdə: tender elanlarının vahid veb-portalda dərc olunmasının təmin edilməsi, şərtlər toplusunun elektron formatda rəsmi internet səhifəsindən əldə olunması, tender təkliflərinin elektron formatda təqdim edilməsi və ən sonda tenderin nəticələrinin elektron qiymətləndirilməsi mərhələlərində həyata keçirilməsini nəzərdə tutub". İsgəndər Çəndirli  qeyd edib ki, agentlik birinci mərhələnin tətbiqi üzrə tədbirləri yekunlaşdırmışdır.

Azərbaycan Prezidenti  İlham Əliyevin 17 mart 2010-cu il tarixli, 240 saylı Fərmanı ilə "Dövlət satınalmaları haqqında" Qanuna dövlət satınalmalarının rəsmi internet səhifəsinin yaradılması və elan və bildirişlərin bu səhifədə yerləşdirilməsi məsələlərini nəzərdə tutan müddəalar əlavə olunub. Hazırda elektron dövlət satınalmalarının növbəti mərhələlərinin ölkəmizdə reallaşdırılması üçün təşkilati və hüquqi sahələrdə müvafiq tədbirlər görülməkdədir.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL