waplog

Ultra nazik sərt disk bazarının həcmi 27 dəfə artacaq


Ekspertlərin proqnozlarına görə, 2017-ci ilədək ultra nazik vinçesterlərin tədarük həcmi 133 milyon olacaq. Bu halda müvafiq dövrdə ənənəvi 9,5 millimetrlik disklərin istehsalı 245-dən 79 milyonadək azalacaq.
5-7 düymlük “HDD”-lər bu ildən etibarən bazarda geniş istifadə olunacaq. Yığcam ölçüyə malik olması onların üstünlüyüdür və bu, ucuz mobil elektronika üçün mükəmməl həldir.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin proqnozuna əsasən, 2013-cü ildə sərtgövdəli yığıcıların tədarük həcmi 90% artaraq 64,6 milyon olacaq, halbuki HDD seqmentinin həcmi azalaraq 545,8 milyon təşkil edəcək. Ultra nazik modellər HDD sektora kömək edəcək, belə ki, onların köməkliyi ilə planşet və ultrabukların maya dəyərini müvafiq olaraq 10-15% və ya 10-20% azaltmaq mümkün olacaq.

Aparıcı sərt disk istehsalçıları – “Western Digital”, “Seagate Technology” və “Toshiba” ultra nazik vinçester sektorunu dəstəkləyəcəklər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL