waplog

Tərəzisi olan kompyuter “siçan”ı yaradılıb


Qeyri-adi kompyuter “siçan”ı satışa çıxarılıb. Bu “siçan”dan həm də kiçik obyektlərin çəkilməsi üçün istifadə oluna bilər. Qurğu rəqəmli mini-tərəzi ilə təchiz edilib. Elektrik enerjisi ilə təchiz etmə “AAA” standartlı 2 batareya vasitəsilə həyata keçirilir; ölçünün nəticələri kiçik ekranda əks olunur. Tərəzini aktiv və deaktiv etmək üçün vahid düymə mövcuddur.
Tərəzini “siçan”ın korpusundan çıxartmaq və ayrıca istifadə etmək olar. Ölçü diapazonu 0,1-dən 500 qrama qədərdir. Manipulyator isə optik tənzimçi, sol və sağ düymələr, həmçinin burulma təkəri ilə təchiz olunub. Kompyuterə qoşulma USB interfeysi vasitəsi ilə həyata keçirilir. Yeniliyi 22 dollara əldə etmək olar.


hard.compulenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL