waplog

DRİ-də qeydiyyatda olan radioelektron vasitələrin sayı 41 mini ötüb



Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 41552 ədəd təşkil edir. İdarədən verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində 3124 ədəd radioelektron vasitə DRİ-də qeydiyyata alınıb.

Məlumatda həmçinin bildirilir ki, 1 iyul 2013-cü il tarixinədək Dövlət Radiotezliklər İdarəsində 366 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 68 istifadəçi dövlət, 246 istifadəçi kommersiya, 24 istifadəçi xarici təşkilat və 28 istifadəçi isə fiziki şəxslərdir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL