waplog

6 ayda “Elektron hökumət” portalında hansı elektron xidmətlərdən istifadə olunub


 


“Elektron hökumət” bülleteninin iyul nömrəsi dərc olunub. Bülletendə bəzi statistik məlumatlar aylıq deyil, 2013-cü ilin 6 ayı üçün verilib. Birinci yarım il ərzində 151 526 nəfər istifadəçi tərəfindən 267 341 xidmətdən istifadə olunub (portala daxilolmaların sayı isə 243 557 olub). Bunlardan 38.7%-ni portala təkrar daxil olanlar təşkil edib. İyun ayında portala daxil olanların sayı 18 111 nəfər, daxilolmaların sayı 27 556, istifadə edilmiş xidmətlərin sayı isə 73 019 olub. 

Bundan başqa, iyul ayının 1-nə istehsal olunmuş elektron imza vəsiqələrinin sayı 14 332 ədəd olub. Portalda artıq 225 xidmət təqdim edilir. Bülletendə həmçinin istifadəçilərin istifadə etdikləri brauzerlərin adları və istifadə olunma sayları həmçinin, “Elektron hökumət” portalına keçidlər olunmuş dövlət və qeyri-dövlət saytlarının siyahısı verilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL