waplog

Milli peykdən yeni kanalların yayımı başladı


Cari ilin 6 iyul tarixindən etibarən "Azərspace-1" peykindən Azərbaycan kannallar ilə yanaşı ayı-ayrı ölkələrin ingilis, rus, fars və türkdilli olmaqla 50-dən çox beynəlxalq və regional televiziya kanallarının yayımına başlanılıb.

Yeni kannalların bir hissəsi Avropa (qəbul tezliyi-11094 MHs, H, S/R-27500 Mb/s), bir hissəsi isə Asiya şüasından (qəbul tezliyi-11135 MHs, H, S/R-27500 Mb/s) yayımlanır. Kanalların seçimində dil, yaş,  janr qrupları və potensial baxıcıların maraqları nəzərə alınıb.

Xatırladaq ki, "Azərspace-1" peyki 2013-cü ilin fevral ayında 46 dərəcə şərq uzunluğundakı orbitə çıxarılmış və cari ilin may ayından etibarən kommersiya fəaliyyətinə başlayıb. Peyk "Azərkosmos" ASC tərəfindən idarə edilir. Daha ətraflı məlumatı www.azercosmos.az saytından əldə etmək olar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL