waplog

Gəncədə “Regionlarda informasiya-kommunikasiya texnologiyalarına marağın yüksəldilməsi” mövzusunda təlimlərə başlanılıb



 Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatının və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə "Regionlarda informasiya-kommunikasiya texnologiyalarına (İKT) marağın yüksəldilməsi" mövzusunda təlimlərə başlanılıb.

Gənclərdə İKT-yə maraq oyatmaq, onlara qloballaşan dünyada inkişaf edən innovasiyaları çatdırmaq, əldə edilən biliklər əsasında cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq məqsədi ilə həyata keçirilən tədbir 3 gün davam edəcək. Bu müddətdə eyni zamanda, onlayn alış-veriş sistemləri haqqında məlumat toplanması, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə maarifləndirici seminarlar da keçiriləcək.

Sonda təlimlərdə fəallıq göstərən iştirakçılara diplomlar təqdim olunacaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL