waplog

ABŞ-da cihazdan asılı olan insanlar üçün düşərgə yaradılıb


Kaliforniyada insanlara bir neçə günlük texnologiyalardan uzaqlaşmaq və düşərgədə dincəlmək təklif edilir. "Camp Grounded" düşərgəsinin qaydaları sadədir: smartfon, planşet, kompüter və başqa cihazlar qadağandır.


"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, düşərgə rəhbərlərinin texnologiyalara bu qədər sərt münasibəti bir qədər qəribə görünə bilər, lakin məhz buna görə düşərgədə dincəlməyə gəlirlər. Şəbəkədə ünsiyyətdən imtina etmiş insanlar sanki cihazsız dövrə qayıdırlar.

Sevimli tətbiqlərdən istifadə və ödənişsiz "Wi-Fi"-ya malik kafedə dincəlmək əvəzinə insanlar yay düşərgələri üçün tipik oyunlarda iştirak edirlər.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL