waplog

“Microsoft”: “Biz məhkəmə qərarı olmadan hüquq-mühafizə orqanlarına heç bir məlumat vermirik”


"Microsoft" şirkəti dünən Britaniyanın "Qardian" qəzetində yazılmış məlumatları təkzib edib. Belə ki, həmin məlumatlarda korporasiyanın ABŞ-ın xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyi, həmçinin Milli Təhlükəsizlik Agentliyinin mütəxəssislərinə öz şifrələmə kodlarını keçməyə kömək edərək "Skype" və "Outlook" daxil olmaqla müxtəlif məhsullarına birbaşa çıxış təmin etdiyi göstərilib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, bu informasiyaları KİV-ə Edvard Snouden verib.

"Hökumət tərəfindən müştəri haqqında informasiyanın verilməsi haqqında tələblər aldığımız zaman bizim əsaslandığımız dəqiq tələblər var. Biz müştərilər haqqında məlumatları yalnız məhkəmə tərəfindən çıxarılmış qərarlara əsasən təqdim edirik, daha sonra mütəxəssislərimiz qərarları bütün hüquq normaları və tələblərinə uyğun olaraq yoxlayırlar, yalnız bundan sonra biz informasiyanı hüquq-mühafizə orqanlarına təqdim etmək və ya imtina etmək barəsində qərar qəbul edirik" – şirkətdən bildirilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL