waplog

Rəqəmli texnika üzrə məşhur sərgi iyulun 25-də keçiriləcək


"CHINA JOY" rəqəmli texnika üzrə Çin sərgi və konfransı 25-28 iyul tarixlərində Şanxayda təşkil ediləcək. Sərgi 2003-cü ildən başlayaraq ənənəvi olaraq ildə bir dəfə keçirilir. Hər il nümayişdə 160-dan çox eksponent iştirak edir, 130000-dən çox qonaq sərgiyə baş çəkir.


Sərginin profili rəqəmli texnika və elektronika, proqram təminatı, proqramları öyrədən kompüter oyunları, multimedia və s. mövzuları əhatə  edir. "China Joy 2013" sərgisində Avropanın, Şimali Amerikanın, Yaponiyanın, Koreyanın, Cənub-Şərqi Asiyanın, Tayvanın və Honkonqun müxtəlif şəhərlərində fəaliyyət göstərən aparıcı müəssisələr rəqəmli texnika və xidmətləri təqdim edəcək.

Eyni zamanda, sərgi çərçivəsində bir neçə ixtisaslaşdırılmış konfrans keçiriləcək. Sözügedən sərgi bir neçə ixtisaslaşdırılmış tədbirdən ibarətdir: "China Digital Entertainment Congress" (rəqəmli oyunlar konqresi), "China Game Developers Conference" (oyun texnologiyalarının istehsalçılarının konfransı) və "ChinaJoy World Mobile Game Conference – WMGC" (mobil platformalar üçün hazırlamaların və oyunların inkişafı üzrə konfrans).
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL