waplog

“BlackBerry” istifadəçilərini Hindistan hökumətinə “satdı”



 
“APPLE” isə...
 

Kanadanın “BlackBerry” şirkəti Hindistan hökumətinə  “BlackBerry Meggenger”lə işləyən  müştərilərinin mesajlarını ələ keçirmək imkanı verməyə hazırdı.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, ölkənin rəsmi nümayəndələri “BlackBerry” şirkətinin Hindistanda fəaliyyətini yalnız o müştəri trafikinə çıxış təqdim etdiyi halda bağlamayacağını bildiriblər.

Hökumət eyni zamanda “BlackBerry Enterprise Server” korporativ serverlərinə çıxış təqdim edir. Bu sistem  müştəri serverində yerləşdirilir və “BlackBerry”-nin ona fiziki  çıxışı olmur.
Məqalədə bildirilmir ki, Hindistanın Federal hakimiyyəti şirkətlərin data mərkəzlərində “BlackBerry”-nin korporativ serverlərinə necə çıxış əldə edəcəkləri bildirilmir.

Lakin bu həllər iki tərəf arasında dörd il davam edən mübahisəyə son qoyub. “Blackberry” şirkəti bir neçə dəfə bildirib ki, onun istənilən müştərinin trafikinə çıxış təqdim edən açarı yoxdur. Ehtimal edilir ki, “BlackBerry” şirkəti Hindistan hökumətinə korporativ müştərilərinin siyahısını təqdim edəcək ki, onlar özləri şirkətlərlə bu məsələni müzakirə etsinlər. Hindistanın Telekommunikasiya Nazirliyi BBM-in istehlakçı versiyasına çıxış əldə edəcək, göndərilən və daxil olan məlumatları görəcək və baxılan saytların monitorinqini apara biləcək. “BlackBerry”-nin Hindistan nümayəndəliyi xüsusi xidmətlərlə əməkdaşlığı ilə bağlı şərh vermir, lakin hökumətə “qanuni məlumatı”  verdiklərini bildirirlər.

Ölkə hakimiyyəti “BlackBerry” ilə problemi həll etdikdən sonra “Apple” və onun “iMessage” servisi ilə məşğul olublar. Mətbuatda gedən məlumatlara əsasən, “Apple” artıq hakimiyyətin tələblərinə riayət etməkdən imtina edib. Şirkət bildirib ki, “iMessage” trafiki son istifadəçi səviyyəsində şifrələnir, onlar da özləri açarları yaradırlar deyə, şirkətdə bu açarlara çıxış yoxdur.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL