waplog

Rayonlarda İKT təlimləri başa çatır



 
 
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  (ATGTİ) və Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda keçirilən informasiya-kommunikasiya texnologiyaları (İKT) təlimləri artıq yekunlaşmaq üzrədir.

Hazırda Zaqatalada keçirilən təlimlər iyulun 14-də başa çatacaq. Layihənin rəhbəri, AƏSMA TGT sədri Aqşin Hüseyninin sözlərinə görə,  regionlarda İKT-yə maraq olduqca böyükdür və təlimlərdə iştirak etmək istəyən tələbə-gənclərin sayı təlimlərin ilk günündən kifayət qədər çox olub.

Qeyd edək ki, əvvəlki təlimlər 2-4 iyul tarixlərində Lənkəran şəhərində, 8-10 iyul tarixlərində isə Gəncədə təşkil olunub. Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL