waplog

İki İT nəhəngi növbəti dəfə məhkəmə qarşısında



Avqustun əvvəlində ABŞ-da "Apple" və "Samsung" şirkətləri arasında məhkəmə dinləmələri yenidən başlayacaq. Dinləmələr çərçivəsində Koreya istehsalçısı "Galaxy" planşet kompüterlərinin ABŞ-da satışının qadağan edilməsi ilə bağlı əvvəllər çıxarılan qərara etiraz etməyə çalışacaq.

Belə ki, bir müddət əvvəl məhkəmə aparılan araşdırmalar nəticəsində "Apple" şirkətinin xeyrinə qərar çıxarıb və ABŞ istehsalçısının patent hüquqlarının pozulmasını əsas gətirərək "Samsung"un bəzi planşetlərinin satışını ölkə ərazisində qadağan edib.  

Bu gün məlum olub ki, avqustun 9-na Vaşinqton Federal Dairəsinin Apelyasiya Məhkəməsində tərəflərin hüquqşünaslarının çıxış edəcəyi şifahi dinləmələr təyin olunub. Təxminən bir il əvvəl Kaliforniya ştatının məhkəmələri "Samsung"un arqumentlərini qəbul etməkdən imtina ediblər və "Apple"-ın tərəfini saxlayaraq Koreya şirkətinin bəzi məhsullarında "iPad" planşet kompüterinin interfeyslərindən istifadə olunmasını bəyan ediblər.

O zaman Kaliforniya Məhkəməsi "Samsung"un 26 planşet və mobil telefon modellərində pozuntunun olması barədə qərar çıxarıb və Cənubi Koreya şirkətinə 1 milyard dollar məbləğində cərimə tətbiq edib, -"Cybersecurity www.cybersecurity.ru" yazır. 







 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL