waplog

Hindistanda günəş batareyası ilə işləyən planşet yaradıblar


Hindistanı haqlı olaraq ən ucuz planşet ölkəsi adlandırmaq olar. Cari yaydan başlayaraq yerli universitetlər dəyəri 50 dollar olan “Sakshat” planşetləri əldə edəcəklər. “Trak” nəşri bildirib ki, öz büdcə modelini müdafiə layihələrində ixtisaslaşan “Bharat” sənaye şirkəti növbəti yeniliyini təqdim edib.
Yeniliyin qiyməti cəmi 3000 rupi və ya 65 dollardan bir az çoxdur. Planşetin hazırlanmasına 6 aydan az vaxt sərf olunub. Modelin texniki xüsusiyyətləri haqqında məlumat azdır. Yalnız bildirilib ki, o, günəş batareyası ilə təchiz edilib, “Android 2.2” əməliyyat sistemi ilə işləyir və "bulud" xidmətləri ilə sıx bağlıdır. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi üzrə hazırlanan hələlik adsız planşetlərin tədarükünə payızda başlanacaq. “Bharat” şirkəti qurğunun tələbələr üçün yeni versiyasını hazırlamağı planlaşdırır. Tələbat olduğu halda planşet pərakəndə satışda da olacaq. Qeyd edək, “Bharat,” “Forbes” jurnalının versiyasına görə, dünyanın ən innovativ şirkətlərinin reytinqində 9-cu yerdədir.


www.onliner.by

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL