waplog

İT sahəsində əmək bazarında tələb təklifi üstələyir



 
2015-ci ilədək Avropa Birliyində 900 min açıq vakansiya üçün kompüter ixtisası üzrə cəmisi 100 min məzun olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, Avropa Komissiyası informasiya-rabitə texnologiyalarının (İKT) inkişaf strategiyasının cari reallaşdırılmasına dair “Digital Agenda Scoreboard” adlı hesabat dərc edib. Sözügedən sənədə əsasən, Avropa Birliyində İKT sahəsində vakansiyaların ümumi sayı ildə 100 min artır və bu səbəbdən mütəxəssislərə tələbat təklifi üstələməyə başlayır. İslandiya, Lüksemburq, Avstriya və İsveçdə İT mütəxəssis çatışmazlığı problemi yaşanır.
Ekspertlərin proqnozuna görə, 2015-ci ilədək Avropa Birliyində 900 min açıq vakansiya üçün kompüter ixtisası üzrə cəmisi 100 min məzun olacaq ki, bu da Avropanın yalnız İKT deyil, həm də iqtisadiyyat sahəsində rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.

Bu ilin martında yaradılmış “Böyük ittifaq” əmək bazarında tələb və təklif arasındakı fərqi azaltmaq məqsədi daşıyır. İttifaqa İT sektorundan işə götürənlər daxildir.

İttifaqın proqramına Avropa komissarı Neli Krus nəzarət edir və o, 2015-ci ilədək işləyəcək. 2020-ci ilədək İKT sahəsində tələb və təklif arasında fərqi azaltmaq məqsədi daşıyır. Avropa Birliyi sözügedən proqrama 1 milyon avro sərmayə yatıracaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL