waplog

Daha bir şirkət smartfon bazarını tərk edir


Yaponiyanın “NEC” korporasiyası smartfonların istehsalını dayandırmağı planlaşdırır.
Buna səbəb Çinin “Lenovo” şirkəti ilə aparılan danışıqların uğursuzluqla nəticələnməsidir. Adı çəkilən şirkətlər mobil telefon istehsalı sahəsində əməkdaşlıq etmək niyyətində olsalar da, əməkdaşlıq şərtlərində yekdil fikrə gələ bilməyiblər.

2013-cü ilin əvvəlindən əməkdaşlıq etməyə başlayan “NEC” və “Lenovo” birgə müəssisə yaratmaq və ya “NEC”-in “Lenovo”ya mobil telefonlar istehsal edən bölməsini satması planlaşdırılmışdı.
2011-ci ildə fərdi kompüter istehsalı üzrə “Lenovo NEC Holdings B.V.” birgə müəssisəsini təsis edən şirkətlər tərəfdaşlıq əlaqələrinə malik olublar.

“NEC”-in telefonlar bazarından tam getməsi ilə yanaşı, digər variantları da nəzərdən keçirməsi bildirilir. Variantlar arasında yeni tərəfdaş axtarışı və ya smartfon istehsalının adi mobil telefonlarla əvəzlənməsi qeyd edilir.  

Qeyd edək ki, “NEC” “Android” əməliyyat sistemli smartfon və planşet kompüterlər buraxır. Əvvəllər şirkət Yaponiya bazarında lider olub, lakin hazırda onun ölkə bazarında payı 5 faizədək azalıb,- “Lenta www.lenta.ru” yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL