waplog

“Dropbox” “Endorse” şirkətini satın alır



 
“Dropbox” “bulud” saxlanc xidməti müəyyən mağaza və ya brendlərdən satınalma zamanı pul vasitələrinin geri qaytarılmasını həyata keçirməyə imkan verən mobil tətbiqin tərtibatçısı “Endorse” şirkətini satın alıb. Sazişin maliyyə təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, “Endorse” şirkətinin əsası 2010-cu ildə qoyulub. Sözügedən şirkət indiyədək “Proctor&Gamble”, “General Mils”, “Pepsi” və başqa şirkətlərlə əməkdaşlıq edib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Endorse”, həmçinin marketoloqların əsas alətlərindən biri olub, çünki istifadəçilərin alıcılıq qabiliyyətini izləməyə imkan verirdi.
“Dropbox” xidmətinin “Endorse” şirkətinin biznesini öz strategiyasına hansı formada inteqrasiya edəcəyi bilinmir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL