waplog

Ötən ay ərzində DQMK-ya daxil olan elektron müraciətlərin statistikası açıqlanıb



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya iyun ayı ərzində elektron poçt ünvanına daxil olan sorğuların statistikası və məzmununu açıqlayıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay ərzində komissiyanın elektron ünvanına 31 sorğu daxil olub.  Sorğulardan 6-sı dövlət qulluğuna qəbul qaydaları, 6-sı komissiyanın səlahiyyətinə aid olmayan məsələlər, 3-ü növbəti müsabiqənin vaxtı, 4-ü 16 aprel, 1 və 7 may 2013-cü il tarixlərində elan edilmiş müsabiqələrin test imtahanının nəticəsi, 3-ü imtahanın vaxtı ilə bağlı olub.

Bununla yanaşı, hər biri 2 ədəd olmaqla dövlət qulluğuna dair qanunvericilik və testin nəticəsi, hər biri 1 ədəd olmaqla müsabiqədə qeydə alınmış namizədin iddia etdiyi vakant vəzifənin dəyişdirilməsi və təbriklərlə əlaqədar sorğular daxil olub.

Eyni zamanda, vətəndaşlar tərəfindən komissiyanın elektron poçtuna 3 CV göndərilib.
Bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL