waplog

Saray qəsəbəsinin yeni yaşayış məntəqələrinə yaxın zamanda telefon xətləri çəkiləcək


 
  Abşeron Telekommunikasiya Qovşağı kənd və qəsəbələrdə vətəndaşların mənzillərinin telefonlaşdırılması üçün yeni layihələrə başlayıb. Bu barədə məlumatı qovşağın rəisi Əyyub İsmayılov verib.

Onun sözlərinə görə, rayonun Saray qəsəbəsində elektron telefon xidmətlərinin genişləndirilməsi ilə bağlı, 2011-2013-cü illərdə nəzərdə tutulan tədbirlər planına əsasən qəsəbənin yeni yaşayış massivlərində, o cümlədən S.Qazıyeva, C.Cabbarlı, V.Axundov, Saray-Sumqayıt yolu istiqamətində (Üzümçülük yaşayış massivində) qovşağın daxili imkanları hesabına xətt  şəbəkəsi tikilərək 1000-ə yaxın ailə stasionar telefonla  təmin edilib.

Qəsəbənin yeni yaşayış massivlərində, o cümlədən, Ç.Mustafayev, Babək, H.Səmədov və digər küçələrində 200 nömrəlik xətt  şəbəkəsinin tikintisi üçün hazırlanan eskiz-cizginin icrası “Azərrabitə” MMC tərəfindən nəzərdə tutulub.   Bundan başqa, qəsəbənin müxtəlif istiqamətlərindən (Mərkəzi EATS-dən uzaq məsafələrdə) 512-1024 NN-lik ODU avadanlığının quraşdırılması planlaşdırılır.

Rabitənin etibarlı, fasiləsiz işləməsi üçün qovşaq tərəfindən qəsəbənin mərkəzi küçələrində yol kənarı hava rabitə xətlərinin kabel-kanalizasiya  qurğularına köçürülməsi təmin olunub.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL