waplog

“iPhone 5”-in istehsalı dayandırılacaq



"Apple" şirkəti yeni nəsil "iPhone" istehsal etməklə əvvəlki modellərin istehsalını dayandırmır və bu qurğular sonradan əksər ölkələrdə aşağı qiymətlərlə uğurla satılır.

Amma vəziyyət 2013-cü ildə ABŞ istehsalçısı tərəfindən yeni smartfonlar buraxıldıqdan sonra köklü şəkildə dəyişə bilər.

Belə ki, payızda "Apple" "iPhone 5"-in buraxılışını dayandıracaq və yalnız "iPhone 5S" və "iPhone Lite" modellərini təklif edəcək. "iPhone Lite" ucuz telefonlar kateqoriyasına aiddir və bir neçə korpus rəngində satılacaq.  

Şirkət tərəfindən "iPhone 5" istehsalından imtina "iPhone 4S" ilə müqayisədə smartfonu daha nazik etməyə imkan verən "in-cell" displey texnologiyasından istifadə ilə əlaqədardır. Çünki yeni modellər həmişə əvvəlki modellərdən yaxşı satılır, "in-cell"in az həcmdə alınması isə şirkətə iqtisadi baxımdan sərf etmir. Bu texnologiyadan, çox güman ki, ucuz  "iPhone"-da istifadə olunmayacaq və məhz bu səbəbdən aparatın qalınlığı "Apple" brendli digər qurğulara nisbətdə daha böyük olacaq,- "DailyComm.www.dailycomm.ru" yazır. 





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL