waplog

Azərbaycanın “İndeks və ünvanların axtarışı” üzrə məlumat bazası regionda liderdir



 "Azərpoçt" MMC-nin “İndeks və ünvanların axtarışı” məlumat bazası region ölkələri sırasında dövlət müəssisələrinin tətbiq etdiyi ilk layihədir. Bu xidmətdən istifadə edənlərin sayı günbəgün artmaqdadır. “Azərpoçt” MMC-nin bu layihəsi Ümumdünya Poçt İttifaqına daxil olan region ölkələr üçün nümunə hesab olunur.

“Başqa region ölkələrində bu xidmətlərə yaxın xidmətlər olsa da, Azərbaycanda tətbiq edilən bu xidmət daha mütərəqqidir. Xidmətdən istifadə etmək üçün “www.internet.azerpost.az” saytında “elektron xidmətlər” bölümünə daxil olmaq lazımdır. Bura daxil olmaqla istənilən küçənin indeksini öyrənmək mümkündür.

Həmçinin küçənin adı məlum deyildirsə,  bu bazadakı elektron xəritəni yaxınlaşdırıb  küçənin üstünə gəlməklə onun adını öyrənmək mümkündür. İstifadəçilər vaxt itirmədən, heç yerə getmədən mənzillərində, öz kabinetlərində əyləşərək indeksi öyrənə bilərlər.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL