waplog

“Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə” V beynəlxalq konfransı 2015-ci ildə Bakıda keçiriləcək



Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bolqarıstanın Sofiya Texniki Universitetinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun fəal iştirakı ilə Bolqarıstanın Boroveç şəhərində təşkil olunan "Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə" IV beynəlxalq konfransı artıq başa çatıb. Konfransın əsas məqsədi əldə edilmiş yeni nəzəri nəticələrlə yanaşı, onların sənayeyə, iqtisadiyyata tətbiqi metodlarını müəyyənləşdirmək idi.

Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun konfrans iştirakçılarına təbrik məktubu ilə açılan konfransda dünyanın 10-dək ölkəsindən 50-dən çox tanınmış alim məruzə ilə iştirak edib.

Plenar məruzədə idarəetmə və optimallaşdırma sahəsində kifayət qədər tanınmış alimlərdən V. Larin (Ukrayna), Konstantinov (Bolqarıstan), S. Poqorilıy (Ukrayna),  F. Əliyev (Azərbaycan), K. Ayda-Zadə (Azərbaycan),  A. Karagül (Türkiyə), V. Erdem (Türkiyə), H. Quliyev və Y. Qasımov (Azərbaycan) və  b. məruzə ilə çıxış ediblər. Konfransın işində ölkəmizdən 12 alim məruzə ilə çıxış edib və Azərbaycandan olan alimlərin neft sahəsi ilə bağlı məruzələri konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Eyni zamanda konfransın həmtəşkilatçısı professor M. Konstantinov Azərbaycan Hökumətinə və rabitə və informasiya texnologiyaları naziri, akademik Ə. Abbasova konfransa böyük dəstək göstərdiyinə görə minnətdarlığını bildirib. Təşkilatçılar Qrupu növbəti tədbirin - "Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə" V beynəlxalq konfransının 2015-ci ildə Bakıda keçirilməsini də qərara alıblar.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL